menyu |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Gerbdə Şəki qalasının fonunda ortada ay və ulduzu xatırladan səkkiz guşəli şəbəkə elementi təsvir edilmişdir. Şəbəkənin önündə şahə qalxmış ağ at göstərilir. Gerbin aşağısında ipək parça üzərində ağ rənglə "Şəki" sözü yazılmışdır. Qala və ipək parça müxtəlif tonlu göy rənglə, şəbəkə isə Azərbaycan bayrağında olduğu kimi göy, qırmızı, yaşıl rənglərlə işlənmişdir.Qala adətən müdafiə xarakteri daşıdığı üçün gerbdə əsas rəsmi əhatə edir. Ay və səkkiz güşəli ulduz Azərbaycan bayrağında həkk edilmiş, bu isə şəbəkə elementində öz əksini tapmışdır. Sənətkarlar diyarı Şəkinin rəmzinə işarə olaraq şəbəkə elementi göstərilib. Ağ, şahə qalxan at fiquru qalibiyyət rəmzi, eləcə də XVIII əsr Şəki xanlığının pul vahidində həkk edilmiş at rəsmindən götürülmüşdür. Atın baş hissəsində qədim Azərbaycanda atların başında yalına bərkidilmiş xüsusi metal əşya göstərilir.Qədim ipəkçilik diyarı sayılan Şəki, gerbdə çəkilmiş ipək parça üzərində "Şəki" sözü ilə əks etdirilmişdir. Beləliklə, gerbdə Şəkidə ənənəvi tikinti materialı hesab olunan çay daşından inşa edilmiş qala, müsəlman şərqinə məxsus qala qapısı, ay və ulduzu xatırladan xalq sənətimiz şəbəkə, qalibiyyət rəmzi at, ipəkçilik kimi elementlər göstərilmişdir. Göstərilmiş rəng və elementlər üç min ildən artıq yaşı olan Şəkinin keçmişini, bu gününü və əsas xarakterini açıqlayır.
Gerbin müəllifi Şəki şəhərinin sakini, Daşkənd Rəssamlıq İnstitutunun "Qrafiaka" fakültəsinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tahir Əhmədiyyə oğlu Həmidlidir.
Gerb 2001- ci ildə Şəkinin rəssam və memarları tərəfindən bəyənilmiş, Şəki şəhər rəhbərliyi tərəfindən təsdiq edilmişdir. |
|
|
|
|
|
|
|
Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı! |
|
|
|
|
|
|
|